Blog

Paid İnternship Nədir?

paid

Paid İnternship Nədir?

ABŞ-da Paid İnternship Proqramı nədir?

Paid İnternship proqramı iştirakçılara öz təhsil sahələrində və ya karyeralarını davam etdirdikləri sahədə iş təcrübəsi əldə etmələrinə xidmət edir.

Amerikanın “Paid İnternship” proqramına, bu proqramın idarə və təşkilati işlərindən məsul olan the U.S. Department of State tərəfindən 19 iyul 2007-ci ildə yeni tənzimlənmələr əlavə edilmişdir. Buna uyğun olaraq Amerikada maaşlı staj proqramı, Paid İnternship Program və Professional Career Training (qısaca Training Program) olaraq bir birindən çox da fərqli olmayan iki ayrı proqrama bölünmüşdür.

Paid İnternship proqramı üçün ən vacib məqamlar bunlardır:

– Proqrama 18-28 yaş arasında, universitetdə təhsil alan və ya yeni məzun olmuş, iş təcrübəsi az olan və ABŞ-da başlanğıc səviyyəsi işlərdə çalışa biləcək bütün namizədlər qatıla bilərlər.

– Paid İnternship proqramı çərçivəsində iş təcrübəsi əldə edilə biləcək örnək sahələr: Front Desk, Food and Beverage, Research Assistant və s.

– Paid İnternship proqramı ən çox 12 ay müddətinədir. Bundan əlavə yeni tənzimlənmələrə görə Turizm-Otelçilik sahəsi üzrə namizədlər də proqramdan maksimum 12 ay yararlana bilərlər. Hospitality sahəsində keçirilən bütün proqramlar da maksimum 12 ay müddətində davam edə bilər.

Yeni qaydalara görə Paid İnternship proqramında iştirak etmək üçün namizədlər çalışacaqları şirkətlərdə də müəyyən xüsusiyyətlərə malik olmalıdırlar. Müvafiq olaraq, ABŞ-da işəgötürən ən azı 25 işçini işə götürməli və qurumun illik dövriyyəsi ən azı 3 milyon dollar olmalıdır. Həmçinin, ABŞ qanunlarına əsasən, bu şirkətlərdən ABŞ-da qanuni iş gördüklərini sübut edən müəyyən nömrələr tələb olunur:

  • Dun and Bradstreet Number
  • Employer Identification Number (EIN)
  • Proof of Worker’s Compensation Insurance Policy

– Internship ve Training programına katılan adaylar vize görüşmelerine gittiklerinde DS-2019 formu yanında ayrıca DS-7002 olarak adlandırılan formu da götürmeleri gerekmektedir. DS-7002 formu staj programına katılan adayın çalışacağı şirkette neler yapacağını ve hangi eğitimlere tabii tutulacağını gösteren bir formdur. Bu formun diğer bir adı da Internship/Training Plan veya Staj Planı olarak isimlendirilmektedir.

Paid İnternship və Training proqramında iştirak edən namizədlərdən viza müsahibəsinə gedərkən DS-7002 formasını, həmçinin DS-2019 formasını gətirmələri tələb olunur. DS-7002 forması təcrübə proqramında iştirak edən namizədin işləyəcəyi şirkətdə nə edəcəyini və hansı təlimləri keçəcəyini göstərən formadır. Bu formanın başqa adı Internship/Training Plan adlanır.

Paid İnternship proqramı Amerika Hökuməti tərəfindən; “Ziyarətçi karyera sahəsində təkmil təlim proqramına tabe tutulur və ona Amerikan texnikaları, metodları və ustalıqları öyrədilir” kimi müəyyən edilir.

Bəzi peşə və ixtisaslar üzrə:

ABŞ-da kulinariya təcrübəsini necə əldə etmək olar?

Paid İnternship proqramı vasitəsilə siz Amerikada kulinariya sahəsi üzrə otel və restoranlarda təcrübə keçə və bunu edərkən pul qazana da bilərsiniz.

ABŞ-da Kulinariya sahəsi üzrə təcrübədə işləyə biləcəyiniz vəzifələr:

  • Pastry Chef
  • Executive Chef
  • Sous Chef
  • Instructor in Culinary Arts
  • Chef/Manager for Private Estate
  • Catering Chef
  • Corporate Research and Development
  • Food Stylist
  • Professional Food Writer/Journalist

Qeyd: Culinary and Restaurant Management proqramında maksimum təcrübə müddəti 12 aydır. Bu proqram daha çox idarəetmə bacarıqlarına aid olduğu üçün Business Management olaraq da adlandırıla bilər.

ABŞ-da Turizm və Otelçilik təcrübəsini necə əldə etmək olar?

Əgər təhsilinizi turizm və otelçilik sahəsində almısınızsa və yeni məzunsunuzsa, ABŞ-da turizm və otelçilik təcrübəsi keçə bilərsiniz. Bu proqram çərçivəsində sizin ABŞ-ın və dünyanın aparıcı şəbəkə və məşhur otellərində təcrübə keçmək imkanınız olacaq. Təcrübə zamanı əldə edəcəyiniz gəlirlə xərclərinizi də qarşılaya bilərsiniz.

ABŞ-da turizm və otelçilik sahəsi üzrə təcrübədə işləyə biləcəyiniz vəzifələr:

  • Tourism Promotion Operations
  • Tourism and Travel Services Management
  • Hospitality and Recreation Marketing
  • Operations
  • Hospitality Administration/Management

ABŞ-da biznes və ya marketinq təcrübəsini necə əldə etmək olar?

Amerikada bu sahə üzrə təcrübəyə biznes, marketinq, ticarət, beynəlxalq əlaqələr, logistika və s. aiddir. Əgər bu sahələrdən hər hansısa biri üzrə təhsil almısınızsa və yeni məzunsunuzsa, ABŞ-da biznes və marketinq üzrə Paid İnternship proqramında iştirak edəbilərsiniz. Belə ki, beynəlxalq şirkətdə təcrübə qazanaraq, CV-nizi təkmilləşdirə və proqram müddətində maaş alaraq pul qazana bilərsiniz.

ABŞ-da biznes və ya marketinq sahələri üzrə işləyərək təcrübə əldə edə biləcəyiniz vəzifələr:

  • Business Administration
  • Banking and Financial Support Services
  • Accounting
  • Management/Operations
  • Marketing
  • Customer Service Management
  • Electronic
  • Commerce
  • Finance and Financial Management Services
  • Human Resources
  • Management
  • International Business/Trade/Commerce
  • Information Systems
  • Operations
  • Sales
  • Distribution
  • Marketing
  • Transportation/Transportation
  • Management