OpenAI 100 milyard $ yatırım axtarır. | USE Study Group

Blog

OpenAI 100 milyard $ yatırım axtarır.

opena

OpenAI 100 milyard $ yatırım axtarır.

Bloomberg-in məlumatına əsasən  OpenAI, 100 milyard dollar (vəya daha yuxarı) dəyərləndirmə ilə yeni bir yatırım turu üçün görüşmələrə başlayıb. Xəbəri paylaşan ekspertlər yatırım turunun şərtləri, dəyərləndirmə və zamanlama barədə dəqiq heç nə demirlər.OpenAI-in eyni zamanda Abu-Dabi mərkəzli G42 ilə yeni çip startup-ı üçün yatırım əldə eləmək üzrə görüşlər keçirdiyi gələn xəbərlər arasındadır. 

CB Insights tərəfindən verilən statistikaya əsasən, bu yatırım reallaşsa, OpenAI, Elon Muskın SpaceX şirkətindən sonra Amerikada ən böyük ikinci startupa çevriləcək.

Son dövrdə Süni İntellekt şirkətlərinə olan maraqda ciddi bir artım var, yəni əslində bu sahədə investisiyalarla adından söz ettirən yeganə şirkət OpenAI deyil. Google’ın ana şirkəti Alphabet ilə Amazon, OpenAI’ın rəqibi Anthropic’e böyük yatırımlar edilmişdi. Həmçinin, Salesforce da qısa bir müddət əvvəl Hugging Face’e 235 milyon dollarlıq bir investisiya edərək, şirkəti 4,5 milyard dollar dəyərində qiymətləndirmişdi. Qısacası bu alanda həqiqətən ciddi yatırımlar həyata keçirilir deyə bilərik.

Bloomberg’ün OpenAI ilə əlaqədar iddialarının nə qədər həqiqət olub-olmadığını irəlidə görəcəyik. Onu da qeyd edim ki, noyabr ayında elə Bloomberg özü OpenAI layihəsini 86 milyard dollar civarında dəyərləndirirdi. OpenAI haqqında daha çox və maraqlı statistika ilə tanış olmaq üçün bu məqaləyə baxa bilərsiniz: https://balboaschool.az/news/56

Qaynaq

Paylaş: