Blog

1 il ərzində həyatımızı necə dəyişə bilərik?!

6253b67fa9f5d4df6d9dd931_Untitled design-27-min

1 il ərzində həyatımızı necə dəyişə bilərik?!

Sahil Bloom, insanın bir gündə eləmək istədiyini çox abartdığını, bir il içərisində edə biləcəklərini isə xəfifə aldığını qeyd edir və davamlı yaxşılaşdırma (continious improvement) qavramının altını cızır.

Bəli, bir şeyi davamlı eləmək daha yaxşı nəticəyə gətirib çıxarır, bunu bilirik. Davamlı yaxşılaşdırma (sürekli iyileştirme) üçün atılacaq addımlar bunlardır:

  • Arzu edin (Xəyal qurun)
  • Bir plan qurun
  • Planı tətbiq edin
  • Təqib edin və ayarlayın

Bloom daha sonra öz şəxsi təcrübələrini və görüşünü paylaşıb deyir ki, dramatik dəyişikliyin yalnız kiçik də olsa, tutarlı və günlük yaxşılaşdırmalar ilə mümkün olabiləcəyini vurğulayır. Yəni nəyisə dəyişmək üçün ayın əvvəlini, ilin sonunu, sabahı gözləməyin. İndi başlayın.

Yuxarıda bəhs etdiyimiz qavramın tərifinə də toxunaq. Davamlı yaxşılaşma həm istehsalat, həm satış, həm şəxsi inkişafa aid edildiyi üçün təriflər fərqlidir. Amma mənim xoşuma gələn budur:
“Hər keçən günün bir öncəki gündən daha yaxşı olması fəlsəfəsi”. Yaponlar buna Kai deyir.

Buna bənzər bir söz bilirdim amma: “Günü gününə bərabər olan, ziyandadır”

Davamlı yaxşılaşma metodları haqqında bunu qeyd edək:

  • Axış diaqramı
  • Altı sigma
  • Pareto analizi
  • Statistik analiz
  • Kaizen

Davamlı yaxşılaşma üçün gözəl bir misal:
İlk iş etüdünü Cenevrəli mühəndis Peronnet həyata keçirmişdi. Bir atelyedə 10 işçi gündə cəmi 200 iynə istehsal edirdi. Peronnet iş axışını 18 ayrı işə böldü. Həmən 10 işçi gündə 48.000 iynə istehsal eləməyə başladı. Yəni günlük istehsal 240 dəfə artdı

Qaynaq.