fbpx

Blog

Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

a0b742c6-e689-3ee8-b177-f72e28d3d073_850

Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib.

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.

C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: