High School - Amerikada orta məktəb | USE Study Group

HIGH SCHOOL

0 week
1 Student

HIGH SCHOOL

HIGH SCHOOL

Amerikada məktəb

USE Study Group şirkəti sizlərə 1 illik Amerikada orta məktəb şagirdi olmaq imkanı qazandırır. Siz il ərzində həm təhsil alırsınız, həm ingilis dilini mükəmməl səviyyədə öyrənirsiniz, həm Amerikanın həyat tərzi, adət ənənələri ilə yaxından tanış olursunuz, xəyalını qurduğunuz Amerikanı gəzib görürsünüz və özünüzə gözəl dostlar qazanırsınız. Xarici ölkədə özünüzü tək hiss edəcəyinizdən də narahat olmursunuz, çünki qalacağınız ailə sizə öz ailəniz kimi doğma və yaxın olur. Məktəb proqramının üstünlüyü ondan ibarətdir ki, siz öz yaşıdlarınızdan fərqli olaraq, həm daha üstün təhsil sistemində oxuyursunuz həm də bu 1 il sizin düşüncənizin çox erkən formalaşmasında böyük rol oynayır.

Amerikada orta məktəb

Amerikaya getməzdən əvvəl şagirdə qalacağı yer, məktəb və ailə haqqında ətraflı məlumat verilir. Hər şagirdə 24 saat koordinator dəstəyi təmin olunur ki, müvafiq zərurət yarandıqda əlaqə saxlanılsın.

Proqramda 15 – 18.5 yaşlarında orta məktəb şagirdləri iştirak edə bilər.

İştirak etmək üçün ən azı orta ingilis dili səviyyənizin olması mütləqdir.

Qiymətə daxildir:
  • ABŞ – da ailə yanı ilə təmin olunma
  • Təhsil haqqı
  • Gündə 3 dəfə yemək
  • Tibbi sığorta
  • 24 saat koordinator dəstəyi

QEYDIYYAT LİNKİ: bit.ly/3NfFxUJ

Paylaş:
Curriculum is empty