Blog

İnternetdən Pul Qazananlar… Realdırmı?

Online Internetdən Pul Qazan

İnternetdən Pul Qazananlar… Realdırmı?

Bu başlıq çox istifadə edildi zamanında, kimsə oxuyucu, kimisi seminara adam cəlb eləmək üçün, kimi də “ağıllı” görünmək üçün. Bir dəfə bu adlı seminara o qədər adam gəmişdi ki, zalı dəyişməli olmuşdular. Biz də məqalədə bu mövzunun nə qədər real olduğunu incələyəcəyik.

İnternetdən pul qazananlar var, həm də kifayət qədər. Və bu insanların qazancı qəpik-quruş da deyil. Bu insanlar haqqında danışmazdan əvvəl bir şeyi dəqiqləşdirmək istərdim. Kimsə düşünürsə ki, internetdən nəyise necəsə əziyyətsiz edəcəm və ömür boyu mənə pul axacaq, bəri başdan deyirəm elə şey yoxdur. İnanmayanlar 7-8 ayını və bir xeyli enerjisini itirdikdən sonra onsuz da “iman gətirəcək”. Çünki bu cür qazanc yolları çox təklif olunur, amma qazancı o qədər cüzi olur ki, qətiyyən dəyməz. Amma internetdən pul qazanmağın real bir yolu var: zəhmətinizi satmaq. Bax bu haqda geniş məlumat verəcəm.

  1. Bu arada bunu da qeyd edim, Azərbaycan bazarı hələki online qazanc üçün çox kiçikdir. Məsələn, keçən onillikdə trend olan, ümumiyyətlə internetdə ən yaxşı pul qazanmaq yollarından biri olan online qazanc yolu vardı-bloqqer. Avropada bloqqerlər ayda ortalama 60 min $ qazanarkən, bizdəki bloqqerlər sözün əsil mənasında qəpik-quruş qazanırdı. O bəzi şəngülümlərin arada qazandığı pullar sizi aldatmasın. Bütün dünyada insanlar online saytlar, bloqlar ilə önəmli qazanc əldə edərkən, bizdə ən zəkilərimiz belə aylıq 2000 Azn qazancı yaxalaya bilmirdi. Burda instada, saytda, FB-də öz malını satmaqdan söhbət getmir. Az qazancın səbəblərindən burda yazmaq istəmirəm çoxdur, ən başlıcası istehlakçıların online alış-veriş vərdişlərinin aşağı olması qeyd edə bilərəm.

Misal üçün çox bəyəndiyim bir startupı qeyd edə bilərəm: buket.al platforması. Bir növ gül satanların uberi kimi bir sayt idi. Gül satan dükanların satışlarından komisyon alırdılar. e-commerce işində ən gəlirli qazanc yollarından biridir. İdeya əla idi, komanda güclü. Normal bazarda milyonlar qazanmalı idi, qazanmadı.

Amma sürpriz saytlar da oldu, turbo.az kimi. Kim bilərdi ki, kişilər işdə boş vaxt tapan kimi bu saytın bütün səhifələrini çevirə-çevirə əzbərləyəcəklər. Amma bu sayt da bu qədər performansına rəğmən layiq olduğu pulları qazana bilmədi. Düzdür bizim orta aylıq qazancın dəfələrlə üstündə gəliri olsa da. Şirkət sirləri olduğu üçün təqribi aylıq qazanclarını və saytın satış qiymətini burda yaza bilmirəm.

Müqayisə üçün çox da böyük olmayan Türkiyə bazarından yemeksepeti.com saytını misal gətirə bilərəm. Bu saytı neçəyə satdılar eşitmisiniz yəqin: 587 milyon$ )) Bax bu oğlanı internetdən ciddi pul qazanan saymaq olar. Düzdür burda idarəçilik, şirkətləşmə və sair işin içinə girdiyi üçün tam da internet qazancı demək olur, olmur bu da ayrı sualdır.

2. İnternetdən (yəni online) real qazanc əldə edənlər dizaynerlərdir.

Bu Azərbaycan üçün ən normal qazanc yoludur. Çünki incəsənət sərhəd tanımır. Bu zövq məsələsidir. Məsələn gözəl vizitka, logo və ya elə adi rəsm əsəri düzəldib müvafiq saytlarda online satmaq mümkündür. Son vaxtlar oyunlar üçün tema, fiqur, obyekt, qılınc, silah, avtomobil və sair düzəldib asset store-lara yerləşdirib satmaq trend olub. Tanıdığım 14 yaşlı tələbənin əl işlərini göstərə bilərəm burdan https://sketchfab.com/AliNagi

Bizdə dizaynerlərin çox istifadə elədiyi iki platforma designcrowd.com  və fiverr.com saytlarıdır. Hər iki saytda dizayner qabiliyyətinizi istifadə edərək pul qazana bilərsiniz. Dizayn işləri 1$-dan 10.000$-a kimi ola bilir. Bir də dizayn işinin nəyi xoşuma gəlir, düzəltdiyin bir vizitka şablonunu, asseti, oyun fiqurunu (silah filan) yüz ayrı müştəriyə sata bilirsən.

3. Azərbaycanda fotoqrafçılıq işi nə qədər geniş yayılıb bilmirəm amma shutterstock və fotolia.com  saytı ilə fotoları satışa çıxara bilirsiniz. Bir şəkili də bir neçə müştəri ala bilər.
4. YouTube.com kanal açıb reklamlardan (AdSense) pul qazanmaq.

Heç özünüzü yormayın. Əgər yerli bazara müraciət edirsinizsə 1000 baxışa Avropadakı kimi 1-10$ yox, heç 20 qəpik də verməyəcəklər. Bizim uğurlu yerli kanalımız var, normalda ayda 2-3 min dollar qazanc gətirəcəyini düşünürdük, hal-hazırda ayda 100$ da vermir. Səbəbi isə çox bəsit: bizdə yerli şirkətlər youtube-a reklam vermir. Amma xarici auditoriya üçün nəysə fikirləşə bilsəniz çox gözəl qazana bilərsiniz. Evdə bizim körpə minekraft videolarına baxarkən gördüm, bir video 100-200 milyon baxış verib.

5. Bir applikasiya vəya mobil oyun yazıb pul qazanmaq pis fikir deyil.

Belə bir yerli şirkət tanıyıram. Strong Union Games. Milyondan yuxarı yükləmələri vardı. Hal-hazırda çox gözəl mobil shooting oyunu yazıb bitiriblər. Yəqin tezliklə elan edərlər. Bax gənclərimizin xaricdə təhsil alıb bu cür işlər görməyini çox, həm də çox tövsiyyə edərdim. Entertainment yəni əyləncə sektoru gələcəkdə insanların ən çox pul xərcləyəcəyi yer olacaq bu dəqiqdir.

6. e-Commerce

Bu haqda ayrı məqalə hazırlanmalıdır. Geniş mövzudur. Amazon, ebay, Alibaba, Shopify, WallMart kimi platformalar haqqında çox eşitmisiniz yəqin. Ənənəvi ticarətin virtual versiyalarıdır. Çindən alıb Amerikada satırsız əməlli-başlı tacir kimi. Türklər bu işdə uğurludurlar. Azərbaycanda da bu işlə pul qazanan insanlar var.

internetdən pul qazanmaq
7. udemy.com-da pul qazanmaq.

Bir türkün startup-dır. Demək burda nə edirlər: yaxşı bildiyin mövzuda (riyaziyyat, proqramlama, dizayn, hətta musiqi) dərslər hazırlayıb satışa qoyursan. Dərslər 49 dollara satılır. İngilis dilində satış daha çoxdur. Burda ayda 2-3 min dollar qazanan çoxdur. Bir dəfə əziyyət çəkib yerləşdirirsən vəssəlam, sonra hər ay gəlsin paralar. Mən özüm burdan xeyli dərs almışam. Sertifikat da təqdim edilir.

8. Qəribə gələ bilər, müxtəlif musiqi və treklər də bəstələyib sata bilərsiniz.

Daha bir çox maraqlı online qazanc yolları barədə yazmaq olar, analiz eləmək olar. İstənilən halda zəhmətsiz qazanc yoxdur. Ya hansısa istedadınızı inkişaf etdirib, ya da gözəl təhsil əldə edərək yaxşı qazanc əldə eləmək olar.

Gənclərimizə təhsillə yanaşı praktik aktivitələr də tövsiyyə edirəm. Gənc yaşlarında mütləq bir startup layihədə iştirak etsinlər. Bu gün ən çox qazanan amazon da bir vaxtlar startup idi, Qarabağ savaşında zəfərimizə dəyərsiz töhvələr verən Bayraktar da….