Blog

50 Ən İnnovativ Şirkətlər – 2020

50 ən innovativ şirkətlər

50 Ən İnnovativ Şirkətlər – 2020

Əvvəllər şirkətlərin fəaliyyət ömrü barədə 60-70 il deyilirdisə, hal-hazırda bu ortalama 18 ilə düşüb. Dövrümüzdə şirkətlərin ayaqda qala bilməsi üçün daim yenilənməyə ehtiyac var. Ona görə şirkətlər innovasiya, startup və ya hər hansı başqa yeniliyə həvəs göstərməyə məcburdur. Bu məqalədə 2020-ci il üçün ən innovativ 50 şirkət barədə məlumat verəcəyik.

Boston Consulting Group (BCG) belə bir araşdırma apararaq 50 ən innovativ şirkəti seçib. Seçim üçün kriteriyalar isə Qlobal istifadə təfəkkürü, sənayi pozulması, dəyər kəsb etmə və sair götürülür. Bu siyahıda sürpriz şirkət Walmart sayıla bilər. Amerika bazarında satış eləmək istəyən dostlar Amazon, ebay ilə yanaşı bu şirkətin də adını tez tez eşidir. Walmart pərakəndə satış platformasıdır və 2019-cu ildə 29-cu sıradan 13-cü sıraya yüksəlib. Əsas uğurlarından biri 2020-ci ildə işə saldığı NextDay Delivery adlı innovasiyasıdır. Şirkətin həmçinin Çinli e-ticarət platforması olan JD.com-da 12% payı var.

Walmart pandemiya dövründə e-ticarət sektorunda 74% böyümə göstərdi.

İnformasiya emalı ilə məşğul olan Costco bu il 30-cu sıraya yüksəlib. Bu şirkət “yalnız üzvlər” modeli vasitəsi ilə müştərilər haqqında tonla məlumat toplayır. Bu məlumatlar təkcə marketinq məqsədi ilə istifadə olunmur, həm də xatırlatma mesajlarının da hazırlanması üçün də istifadə edilir.

ən innovativ şirkətlər

Haqqında danışmaq istədiyimiz daha bir maraqlı şirkət 42-ci sıradan 6-cı sıraya yüksələn Çin texnologiya şirkəti Huawei şirkətidir. Buna səbəb araşdırmalar üçün 2019-cu ildə 19 milyard dollarlıq investisiya etməsi oldu. 2019-cu ildə Huawei şirkətinin Apple-dan daha çox ağıllı telefon satdığını bilirdinizmi?

Qaynaq.