Blog

Dünyada Ən Bahalı Universitetlər Hansılardır?

bahalı universitet

Dünyada Ən Bahalı Universitetlər Hansılardır?

Modern dünyada daha yaxşı yaşam tərzi, imkanlar əldə eləmək üçün ən yaxşı vasitələrdən biri təhsildir. Həm tədrisin keyfiyyəti, həm sosial çevrə (network) cəhətdən xaricdə təhsil önəmlidir. Amma xaricdə də universitetlər bir-birindən çox fərqlənir və bu universitetlərdə təhsil almaq xərc tələb edir.

İlk 10-luqda olan ən bahalı universitetlər

Bu universitetlərin baha olmağı barədə də geniş danışmaq olar. Bunu ayrı məqalədə edərik. Amma qeyd edək ki, bu universitetlərin çox fərqli müfrədatı olur, dərsdən əlavə maraqlı tədbirlər keçirirlər ki, tələbələr bu proqramlarda çox gözəl yetişir.

Çikaqo universiteti-illik təhsil haqqı 57.711$

Amerikanın İllinois ştatında yerləşən və Amerika Baptist Dərnəyi tərəfindən qurulan Çikaqo universiteti 1892-ci ildə ilk dərslərə başladı. Ən böyük universitet mətbəəsinə sahibdir.

Con Hopkins universiteti-illik təhsil haqqı 57.820$

Baltimorda yerləşir və qazanc məqsədi güdməyən qurumdur. 1876-cı ildə Con Hopkinsin 7 milyon dollar yardımı ilə qurulub. Təbiət elmləri, tibbi araşdırmaları, mühəndislik istiqamətli çalışmaları ilə tanınır.

Parsons Dizayn üçün yeni məktəb-illik təhsil haqqı 57.910$

Nyu Yorkda yerləşir, sənət və dizayn məktəbidir.

  • Dartmouz Koleji-illik təhsil haqqı 57.996$
  • Klaremont McKenna Koleji-illik təhsil haqqı 58.065$
  • Vesleyn universiteti-illik təhsil haqqı 58.502$
  • Kolumbiya universiteti-illik təhsil haqqı 58.742$
  • Harvey Mudd Koleji-illik təhsil haqqı 58.913$
  • Nyu York universiteti-illik təhsil haqqı 59.337$
  • Sarah Lavrense Koleji-illik təhsil haqqı 61.236$

Qeyd edim ki, bahalı universitetlər siyahısı ilə ən yaxşı universitetlər siyahısı fərqlənir. Bir digər məqalədə dünyanın ən yaxşı universitetləri barədə məlumat verəcəyik. Bu videoda xaricdə təhsil almaq üçün ən yaxşı ölkələrin siyahısına baxa bilərsiniz.

Təhsili yüksək səviyyədə olub tamamilə pulsuz olan ölkələr də var. Məsələn Almaniya kimi. Bu məqaləmizdə Almaniya pulsuz peşə təhsili barədə ətraflı məlumat ala bilərsiniz.

Paylaş: