WORK AND TRAVEL USA

0 week
0 Students

WORK AND TRAVEL USA

WORK AND TRAVEL USA

Ümumi Məlumat

Work and Travel USA proqramı, universitet tələbələri üçün nəzərdə tutulmuş mədəniyyətlərarası mübadilə proqramıdır. Bu proqram fərqli millətlərdən olan insanlarla dostlaşma imkanı yaradır. Work and Travel proqramı Amerika Dövlətinin rəsmi icazəsiylə hər il həyata keçirilir və dəstəklənir. Work and Travel Spain proqramı ilə həmçinin maraqlananlar linkə keçid edə bilər.

Hər il dünyadan təxminən 60 min tələbə bu proqramda iştirak edir. Siz bu proqramla yay tətilində 3 aylıq bir müddətdə ABŞ-da işləmə və 30 gün ərzində səyahət etmək imkanı, xaricdə iş təcrübəsi əldə etmək imkanı, Amerika mədəniyyətini təmsil etmə və əcnəbi mədəniyyətlərlə yaxından tanış olma fürsətini əldə edə bilərsiniz.

İş Yerləri və Qazanc

Bu müddət ərzində, əyləncə parkları, supermarketlər, fastfoodlar, maqazinlər, restoranlar, otellər ticarət mərkəzləri və oxşar yerlərdə işləyəcəksiniz. Siz işlədiyiniz hər saat üçün $6-12 qazanc əldə edə bilərsiniz. ABŞ da bir işdə həftədə iş saatı minimal olaraq 30-35 saatdır. Dünyanın ən böyük və ən gözəl şəhərlərinə səyahət etmək istəyirsinizsə, USE Study Groupun təklif etdiyi Work and Travel proqramı bu arzularınızı həyata keçirəcək. Work and Travel proqramında iştirak etməklə siz ABŞ-da iş, ev və tibbi siğorta ilə təmin olunacaqsınız.

Qəbul Şərtləri

  • 18 yaşını tamamlamış olmalı;
  • Bakalavr və magistraturada əyani formada təhsil alan;
  • İngilis dil biliyi orta səviyyədə olan.

Qiymət

Work and Travel proqramının qiyməti 2050$-dır.

Proqramın qiymətinə Amerikada işlə və evnən təmin olunmanız, tibbi sığorta, viza dəstəyi daxildir.

Qiymətə daxil deyil:

  • Servis və viza rüsumu (Servis fee $35, Viza fee $160)
  • Aviabiletlər
  • ABŞ-da Daxili nəqliyyat
  • İctimai nəqliyyat (işə gediş/gəliş) – Ev kirayəsi haqları və ya depozitləri  – Yemək və ya başqa xərclər.
Paylaş:
Curriculum is empty