Niyə Bəzi İnsanlar Digərlərindən Daha Uğurlu Olur?
Niyə Bəzi İnsanlar Digərlərindən Daha Uğurlu Olur?
Stenford tibb məktəbinin nevroloqu, elmlər namizədi Tina Siliq universitetdə işdünyası və innovasiyalar üzrə mühazirələr verir. O düz 20 ilini bu sualın cavabını tapmağa həsr edib: Niyə bəzi insanlar digərlərindən daha uğurlu olur?
Və Siliq belə bir nəticəyə gəlir ki, ən uğurlu insanlar, bəxtləri gətirsin deyə uyğun şərait quran insanlardır.
TED-dəki çıxışı zamanı Tina Siliq uğuru küləklə müqayisə edir. Bəzən yüngül külək əsər, bəzən fırtına qopar. Amma bunun hardan və nə zaman əsəcəyini təxmin eləmək olmur. Ona görə professor tövsiyyə edir ki, öz yelkəninizi qurun. Zamanla siz yanınızdan keçən uğuru tam yaxalamağı öyrənəcəksiniz.
Daxilinizdəki uşağa müraciət edin
Yeni imkanlar qazanmaq üçün risklərə strateji yanaşma etməlisiniz. Bu risklər bilirsiniz nəyə bənzəyir? Uşaq vaxtı dördtəkərli velosipeddən ikitəkərli velosipedə keçid etməyiniz yadınızdadır? Risk, diskomfort və çoxlu sayda cəhd. Amma nəticə əladır. Düzdür hələ də ikitəkər velosiped sürə bilməyənlər də az deyil.
Professor deyir ki, komfort səviyyənizi aşağıdakı risk növləri ilə qiymətləndirə bilərsiniz:
- İntellektual
- Fiziki
- Maliyyə
- Emosional
- Sosial
- Siyasi
- Əxlaqi
Bu risklər bir-birindən tam fərqlənir. Ən yüngül riskə getməklə başlayın. Məsələn, əgər siz utancaq birisinizsə heç tanımadığınız biriylə danışmağa qərar verin. Bu zaman sizə yox desələr belə təşəkkür edin.
Siliqin bu fikri də çox gözəldir. O pis və ya yaxşı ideyaya inanmır. O ən pis ideyaya belə imkanlar prizmasından baxmağı məsləhət verir. Nəticədə yaxşı alınan işlək ideya hərkəsin ağlına gəlməyəcək təbii ki. Bax bu uğur deyilən şeydir. Uğur və ya yaxşı ideya çoxölçülü və çoxqatlıdır.
Burda bir əlavə də edim. Uğurlu idmançıları, böyük şirkətləri fərqləndirən özəllik, qorxu və problemlərdən qaçmaq yox, tam tərsinə üzərinə getmək olub.