Blog

Avropa Ölkələrində Təhsil Xərcləri Nə Qədərdir?

təhsil xərcləri

Avropa Ölkələrində Təhsil Xərcləri Nə Qədərdir?

Övladını xaricdə təhsil almağa göndərən valideynləri təhsilin keyfiyyəti ilə yanaşı xərclər də narahat edir. Təhsil və yaşayış xərcləri müxtəlif ölkələrdə fərqləndiyi üçün ayrı-ayrı məqalələr hazırlamağa qərar verdik. Bu məqalədə Avropa ölkələrində təhsil xərcləri barədə cədvəl təqdim edəcəyik. Sonrakı məqalələrdə isə Amerikada, Türkiyədə təhsil, nəqliyyat və yaşayış xərcləri barədə olacaq.

Nəqliyyat xərclərinin azlığı, Avropada tələbələrə xüsusi endirimlərin olması ilə əaqədardır. Avropanı iki yerə bölsək, Qərbi və Şərqi Avropa ölkələrinin həm təhsili, həm həyat tərzi bir-birindən fərqlənir. Məsələn, Qərbi Avropada təhsil üçün 12 illik məktəb təhsili tələb olunur. Hər ikisində universitet 3 ildir. Almaniyada təhsil pulsuz olduğu halda yemək xərcləri daha çoxdur. İstənilən halda övladını xaricdə təhsil üçün göndərən valideynlər illik 15-20 min Azn xərci nəzərə almalıdırlar.

Təbii ki, bunlar ortalama rəqəmlərdir. Bəzi ölkələrdə bəzi universitetlərin çox gözəl yataqxana şəraiti olur, bəzən valideynlər övladının ayrı kirayədə yaşamağını istəyir. Bu qiymətlər paytaxt və digər şəhərlər üçün də fərqlidir. Xaricdə təhsilin detalları ilə daha yaxşı məlumat almaq üçün yaxşı olardı ki, bu işlə məşğul olan şirkətlərlə pulsuz konsultasiya edəsiniz.

Qaynaq.

Paylaş: