Blog

Almaniyada Baytar Təhsili

Almaniyada Baytar Təhsili

Almaniyada Baytar Təhsili

agroexpert.az platforması olaraq uzun müddətdir ölkəmizin aqro sektorunu təhlil edirik və gəldiyim qənaətlərdən biri budur: Əlimizdə əcdaddan biz qalan çox gözəl bir miras var! Ölkəmin müxtəlif bölgələrində Süleyman peyğəmbər kimi sanki heyvanların, bitkilərin dilini ilən insanlar var. Düşünürəm ki, biz bu mirasa sahib çıxmalıyıq. Gözəl Qarabağımızın da geri qayıtması ilə aqrosektor inkişaf edəcək və baytar və aronomlara tələbat daha da artacaq. Bugün yaxşı baytar (veterinar), aqronom bir proqramçı qədər qazana bilir.

Bəs bu mirasa necə sahib çıxaq? Məncə kənd təsərrüfatı ilə məşğul olan biznesmenlər, ailələr bir övladını bu istiqamətdə yaxşı təhsil verib yetişdirməlidir. Ənənəvi heyvandarlığın üzərinə xarici innovasiyalar əlavə ediləs bizim də yerli heyvanlar daha yaxşı seleksiya edilər. Daha gedib xaricdən cins keçi, qoyun ya da Simmental inəkləri baha qiymətə alıb gətirmərik.

Əmin olun bizim kəndlərdə təsərrüfatın içində böyüyən o 14-15 yaşlı balalar gedib xaricdə yaxşı aqrotəhsil alsalar çox tələb olunan mütəxəssis olacaqlar.

Bu məqalədə Almaniyada baytar təhsili (veterinar) barədə danışacam. Niyə Almaniya? Çünki orda təhsil keyfiyyətli və pulsuzdur. Almaniyada baytar tədrisi 5.5 il (11 yarımil) davam edir və nəzəri, praktik çalışmalardan ibarətdir. İmtahanlar əyalət tərəfindən təyin edilir və hökumət nəzarətçiləri həyata keçirir. İmtahan praktik və klinik müayinələr daxil olmaqla şifahi keçirilir. Dərslər Apreldən İyula və Sentyabr ayından Fevrala kimi keçirilir.

Dərs proqramı 2 illik klinik əvvəli çalışmalara, 3.5 illik paraklinik və klinik çalışmalara bölünüb. 3850 saat məcburi və seçməli dərslər, 1170 saat praktik dərslərdən ibarətdir.

Tələbələr 3-cü kursdan artıq hansısa veterinar xəstəxanasında işləməyə başlayırlar və son kurslarda 700 saat məcburi dərslə yanaşı, seçməli dərs şansına da sahibdirlər. Bu seçməli dərslər arasında ekzotik xəstəliklər, multimediya təhsili, molekulyar mikrobiologiya kimi mövzylar da mövcuddur.

Almaniyada baytarlar üçün iş imkanları

Bu təhsili əldə edən baytarlar böyük fermalarda, aqroparklarla yanaşı, zooparklarda, əkinçilikdə, dərman şirkətlərində, araşdırma və veterinar qurumlarında rahatlıqla iş tapa bilərlər. Onu da qeyd edim ki, Almaniyada təhsil almağın üstünlüklərindən biri də işlə rahat təmin olunmaq imkanıdır. Həmçinin Almaniyada peşə təhsili də iş tapmaq və özünü yetişdirmək üçün gözəl variantdır.

Necə müraciət olunmaq barədə bütün suallara bu linkdən cavab ala bilərsiniz.

Veterinar fakültəsi olan bəzi universitetlərin siyahısı:

Baytar maaşları
  • University of Leipzig
  • University of Hanover
  • LMU Munchen
  • University of Giessen
  • Freie University of Berlin

Paylaş: